19 iyun tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təlimçisi Təranə Nuriyeva tərəfindən Peşə təmayüllü siniflər layihəsinin qrup rəhbərləri üçün “Distant təhsilin təşkili” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi qrup rəhbərlərinin metodiki bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Təlim çərçivəsində MS Teams, Google Meet və Zoom platformalarında onlayn dərslərin təşkili mexanizmləri, eləcə də bu alətlərdən səmərəli istifadə qaydaları iştirakçılara təqdim edilib.
100-dən çox iştirakçının qatıldığı təlim zamanı onlayn platformalarda effektiv işin təşkili, dərs planlarının hazırlanması, cədvəllərin qurulması və distant tədris prosesinin idarə olunması ilə bağlı praktiki məlumatlar verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim qrup rəhbəri Ruhəngiz Əkbərovanın təşəbbüsü ilə təşkil olunub.
@Bütün hüquqlar qorunur - 2023.