peshesinifleri@arti.edu.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində infotur

Suraxanı rayon 318 nömrəli tam orta məktəbin 11P Peşə Təmayüllü Sinif şagirdləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində infotur təşkil olunub.

👩‍🏫 Tur zamanı şagirdlər Mərkəzin fəaliyyəti, təlim prosesi və müxtəlif studiyalarla yaxından tanış olublar.

🎨 Onlar müxtəlif istiqamətlər üzrə keçirilən master-klaslarda fəal iştirak edərək yaradıcı bacarıqlarını inkişaf etdiriblər.

🖼️ Şagirdlər həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təlimçi və benefisiarların birgə hazırladığı əl işləri və yaradıcılıq nümunələrindən ibarət sərgini də ziyarət ediblər.

Bu cür infoturlar şagirdlərin dünyagörüşünü genişləndirir, onların peşə seçimində motivasiya qazanmasına kömək edir.

@Bütün hüquqlar qorunur - 2023.