peshesinifleri@arti.edu.az

Elm və təhsil naziri Emin Əmrullayev peşə təmayüllü siniflərdə

Elm və təhsil naziri peşə təmayüllü siniflərdə 🛠️

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Həmin məktəbdə fəaliyyət göstərən peşə təmayüllü siniflərdə Dərzi köməkçisi, Kombi-kondisioner usta köməkçisi, Qənnadçı köməkçisi və Mebel quraşdırma usta köməkçisi ixtisasları üzrə tədris həyata keçirilir.

Nazir təmir-tikinti profili üzrə fəaliyyət göstərən Mebel quraşdırma usta köməkçisi sinfində şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri canlı izləyib və onların peşə hazırlığı prosesi ilə tanış olub. 🛠️📚


 

@Bütün hüquqlar qorunur - 2023.