Hacıqabulda peşə siniflərində təhsil alan şagirdlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual turnir keçirilib. “Nə? Harada? Nə Zaman?” formatında olmaqla komandalara ümumilikdə 36 sual səsləndirilib. Gərgin və maraqlı keçən oyunun nəticələrinə əsasən:
#Brain Bunch komandası - I yer 
#Şahinlər komandası- II yer 
#Aslanlar komandası - III yerdə qərarlaşıb.
Qalib gələn komandaların üzvləri diplom, medal və kubok ilə təltif edilib. 
@Bütün hüquqlar qorunur - 2023.