12 mart tarixində “Rəqəmsal Bacarıqlar: Bahar 2026” çərçivəsində Kompüter operatoru ixtisası üzrə maraqlı və rəqabətli yarış keçirilmişdir.
Yarış 3 mərhələdən ibarət idi:
1. Kahoot mərhələsi: 30 sualdan ibarət test (10 sual əməyin təhlükəsizliyi, 20 sual proqram üzrə bu günə qədər keçirilmiş mövzular).
2. Word proqramı üzərindən sürətli yazı: İştirakçılar mətni Word proqramında olduğu kimi köçürür, hər bir səhv hərf və durğu işarəsi baldan çıxılır.
3. “20 qutu – 20 sual” mərhələsi: Xüsusi proqram vasitəsilə keçirilir; suallar klaviatura və kompüter düymələri haqqındadır. Hər komandadan iştirakçılar növbə ilə sualları şifahi olaraq cavablandırır.
Yarışda iştirak edən məktəblər:
1. R. Məmmədov adına 269 nömrəli tam orta məktəb
2. 329 nömrəli tam orta ümumtəhsil məktəbi
3. Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbi
4. Əliağa Vahid adına 293 nömrəli tam orta məktəb
5. Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəb
Yarışın sonunda bütün iştirakçılara təşəkkürnamə, qalib ilk 3 komandanın üzvlərinə isə sertifikatlar təqdim olundu.
Qalib komandalar:
1. “Cyber Squid” – Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəb.
2. “Hədəf🎯” – R.Məmmədov adına 269 nömrəli tam orta məktəb.
3. “Cyber qəhrəmanlar” – 329 nömrəli tam orta ümumtəhsil məktəb.
@Bütün hüquqlar qorunur - 2023.