peshesinifleri@arti.edu.az

“Peşə Ayı” çərçivəsində silsilə tədbirlər təşkil edilib

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün bu il də “Peşə Ayı” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Məqsəd – peşə təhsili barədə məlumatlılığı artırmaq, şagirdlərin qazandıqları bacarıqları nümayiş etdirmək və bu sahəyə marağı artırmaqdır.

📌’’Peşə ayı’’nın ilk həftəsində tədbirlər məktəbdaxili keçirilib. Şagirdlərin peşə istiqamətində əldə etdikləri bilik və bacarıqlar məktəbin digər şagirdlərinə və valideynlərə təqdim olunub. Maarifləndirici təqdimatlar və nümunəvi çıxışlar vasitəsilə peşə təhsilinin əhəmiyyəti vurğulanıb.

📌 ‘’Peşə ayı’’nın ikinci həftəsində tədbirlərə məktəb rəhbərliyi, Uşaq Birliyi Rəhbərləri və digər aidiyyəti şəxslər dəvət olunub. Təqdimatlar daha geniş formatda keçirilərək, fikir mübadiləsi aparılıb və görülən işlər haqqında rəy və təkliflər səsləndirilib.

@Bütün hüquqlar qorunur - 2023.