info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə siniflərində “Kitab Bağışlama Günü”nə həsr olunan layihələr

14 fevral – Beynəlxalq Kitab Günü münasibətilə peşə təmayüllü siniflərimizdə müxtəlif sosial yönümlü layihələr həyata keçirilmişdir.

 

Layihələr çərçivəsində siniflərimizdən biri sağlamlıq imkanları məhdud olan, evdə təhsil alan şagirdi ziyarət edərək ona kitab hədiyyə etmiş, bu təşəbbüslə həm mənəvi dəstək göstərmiş, həm də oxu sevgisini paylaşmışdır.

 

Digər sinfimiz tərəfindən “Kitabını gətir, hədiyyə qazan!” adlı aksiya təşkil olunmuşdur. Aksiya çərçivəsində şagirdlər kitablarını bağışlayaraq xeyirxah təşəbbüsə qoşulmuş və müxtəlif hədiyyələr — kofe, eko çantalar və əlfəcinlər əldə etmişlər. Toplanan kitablar ucqar kəndlərdə yaşayan şagirdlərə hədiyyə olunacaqdır.

 

Bununla yanaşı, Çilingər usta köməkçiləri tərəfindən aşpazlıq otağı üçün kitab rəfi hazırlanaraq hədiyyə edilmiş, şagirdlər isə həmin rəfi kitablarla zənginləşdirərək oxu guşəsi formalaşdırmışlar.

 

Digər təşəbbüs çərçivəsində isə ehtiyacı olan şagirdlərə kitab çantası və kitablar təqdim olunmuşdur.

 

Həyata keçirilən bütün bu layihələr şagirdlərimizdə sosial məsuliyyət, paylaşmaq mədəniyyəti və kitab sevgisinin formalaşmasına mühüm töhfə vermişdir.

 

Layihələrimizi əks etdirən fotoları sizə təqdim edirik.

@Bütün hüquqlar qorunur - 2023.