info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə təmayüllü sinifləri sərgi-satış yarmarkaları təşkil edib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhəri Əlövsət Eynullayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinifləri sərgi-satış yarmarkaları təşkil edib.

Şagirdlər öz əl işlərindən ibarət işlərlərlə tədbirdə həvəslə iştirak ediblər. Sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd şagirdlərin mənimsədikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissini, sağlam mühiti formalaşdırmaq, ətraf mühitə fəal inteqrasiyanı təmin etmək, təhsilalanlara ilkin sahibkarlıq bacarıqları aşılamaq olub.

@Bütün hüquqlar qorunur - 2023.