info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə təmayüllü siniflərin təşkili çərçivəsində “Balaca Aşpazlar” yarışı

20 fevral 2025-ci il tarixində Xaçmaz rayon Qımılqışlaq kənd tam orta məktəbində, ümumi təhsil və peşə təmayüllü siniflərin təşkili çərçivəsində “Balaca Aşpazlar” yarışı keçirilib. Yarışda 3A və 10P sinif şagirdləri iştirak ediblər.

Tədbirin məqsədi şagirdlərə yemək mədəniyyətini aşılamaq, kulinariya bacarıqlarını inkişaf etdirmək və süfrə ədəbini öyrətmək olub. Şagirdlər “Qızıl Əllər”, “Dostluq” və “Zəfər” komandalarına bölünərək müxtəlif tapşırıqları yerinə yetiriblər.

Bundan əlavə, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sonda qaliblər diplomlarla təltif olunublar.

@Bütün hüquqlar qorunur - 2023.