info@peshesinifleri.edu.az 051 206 82 48

“Sənin brendin, sənin imzan” adlı dizayn müsabiqəsi

Peşə təmayüllü siniflərdə təhsil alan, istedadına güvənən şagirdlər üçün “Sənin brendin, sənin imzan” adlı dizayn müsabiqəsi elan edirik. Əgər siz də öz istedadınızı sınamaq, qalib gəlmək, sertifikat qazanmaq istəyirsinizsə, elan etdiyimiz müsabiqəyə mütləq qoşulun!

Şərtlər isə çox sadədir:

1. Təsəvvür edin ki, öz şəxsi brendinizi qurursunuz – ad, loqo, vizit kart (brending) dizaynı hazırlayın;

2. Təqdim olunan layihə yalnız sizə məxsus olmalı, daha əvvəl ictimaiyyətə təqdim edilmiş hər hansı dizayn, element və nişanlarına uyğun gəlməməlidir;

2. Müsabiqəyə təqdim olunan layihə izahedici mətnlə birlikdə olmalıdır;

3. Hazırlanmış işlər ad, soyad, oxuduğu məktəb əlavə edilməklə 04.05.2025 tarixinədək JPG formatda facebookda bu postun şərh bölməsinə göndərilməlidir.

@Bütün hüquqlar qorunur - 2023.