Peşə təmayüllü siniflərdə şagirdlərin təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə layihə çərçivəsində SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) üzrə təlimlər təşkil olunmuşdur.
Təlimin birinci mərhələsində layihə koordinatoru Orxan Əliyev qrup rəhbərləri ilə birlikdə 16 ixtisas üzrə mövzular əsasında SƏTƏM qaydaları, məqsədləri, faydaları, ixtisaslar üzrə mümkün risklər, sağlamlıq tədbirləri, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələləri barədə təlim keçmişdir.
Növbəti mərhələdə isə qrup rəhbərləri əldə etdikləri bilik və bacarıqları ixtisas müəllimlərinə və şagirdlərə ötürmüşlər.
@Bütün hüquqlar qorunur - 2023.